TƏBİB tibb işçilərinin maaşları artırılıb
1 sentyabrdan Azərbaycanda TƏBİB-in tabeliyində olan müəssisələrin tibb işçilərinin əməkhaqları artırılıb. Artım təşəbbüsü Birinci vitse-prezident Mehriban Əliyevaya məxsusdur və tibb işçilərinin maddi vəziyyətinin yaxşılaşdırılmasına, onların əməyinin tanınmasına, səhiyyə sistemində insan kapitalının gücləndirilməsinə yönəlib. Prezident İlham Əliyev təşəbbüsü dəstəkləyib və onun icrası ilə bağlı tapşırıqlar verib.
Artım TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin 72 212 əməkdaşını əhatə edəcək. Nəticədə islahat TƏBİB sistemində illik əməkhaqqı fondunu 189 milyon manat artırıb.