The American Dream artıq xəyallarda mı qalacaq?

The American Dream artıq xəyallarda mı qalacaq?

Ev sahibi olmaq. Ailə qurmaq. Təhsil almaq. Rahat pensiya həyatı. 2025-ci ildə Amerika xəyalının (American Dream) ümumi ömürlük dəyəri 5.04 milyon dollara çatıb. Bu rəqəm 2024-lə müqayisədə 600 min dollar çoxdur. Artımın əsas səbəbləri mənzil, səhiyyə və təhsil xərcləridir.

Hesablamaya səkkiz əsas istiqamət daxildir:

  1. Pensiya üçün tələb olunan məbləğ 1.64 milyon dollardır. Bu, 20 ildən çox müddət üçün illik 4 faiz çıxarışa əsaslanır.
  2. Ev sahibi olmağın ümumi dəyəri 958 min dollara çatır. Buraya orta qiymətli ev, 30 illik ipoteka faizi, vergilər və sığorta daxildir.
  3. İki uşağın böyüdülməsi 876 min dollara başa gəlir. Xərclərə baxım, qida və ali təhsil daxildir.
  4. Səhiyyə xərcləri ailə üçün ömür boyu təxminən 414 min dollardır.
  5. Hər beş ildən bir avtomobil alışı ilə bağlı xərclər ümumilikdə 900 min dollar təşkil edir.
  6. Orta səviyyəli toy mərasimi 35 min dollara başa gəlir.
  7. Ailəvi illik tətillər ömür boyu 160 min dollar edir.
  8. Bir ev heyvanının saxlanması isə təxminən 80 min dollara başa gəlir.

Bu məbləğ ABŞ-da orta işçinin ömür boyu qazandığı 2.8 milyon dollardan xeyli çoxdur. Nəticə isə göz qabağındadır. İki yüksək gəlirli əməkhaqqı olmadan bu həyat modelinə çatmaq çoxları üçün real deyil.

Teqlər: