Türkiyə-Honkonq investisiya müqaviləsi qüvvəyə minib

Türkiyə-Honkonq investisiya müqaviləsi qüvvəyə minib

Türkiyə ilə Honkonq arasında İnvestisiyaların Qarşılıqlı Təşviqi və Qorunması haqqında Sazişin təsdiqini nəzərdə tutan qanun Rəsmi Qəzetdə dərc olunub.

Qanuna əsasən, Türkiyə ilə Honkonq Xüsusi İnzibati Bölgəsi arasında imzalanmış İnvestisiyaların Qarşılıqlı Təşviqi və Qorunması haqqında Sazişin təsdiqi məqsədəuyğun hesab edilib. Saziş 1 iyun 2023-cü ildə Ankarada və 31 oktyabr 2023-cü ildə Honkonqda imzalanıb.

Tənzimləmənin məqsədi tərəf ölkələr arasında həyata keçirilən investisiyaların qorunması, investorların ədalətli və bərabər rəftara məruz qalmasının təmin edilməsi və investisiyaların hüquqi təminat altına alınmasıdır.

Saziş çərçivəsində investisiyaların milliləşdirilməsi, kompensasiya, transfertlər və mübahisələrin həlli ilə bağlı əsas prinsiplər də müəyyən edilir.

Digər tərəfdən, Türkiyə ilə Honkonq arasında gəlir vergiləri üzrə ikiqat vergitutmanın qarşısını almaq və vergidən yayınmanın qarşısını almağı hədəfləyən saziş rəsmi qəzetdə dərc olunmuş və 26 dekabr 2025-ci ildə qüvvəyə minmişdir.

Teqlər: