Ukrayna Rusiyanın neft infrastrukturlarını vurdu

Ukrayna Rusiyanın neft infrastrukturlarını vurdu

Ukraynanın ordusu çərşənbə axşamı Rusiyanın Krasnodar vilayətindəki neft emalı zavodunu və Novorossiysk limanında yerləşən neft terminalını vurduğunu bildirib.
Kiyev son aylarda Rusiyadakı hədəflərə, xüsusilə də neft obyektlərinə uzun mənzilli hücumları artırıb. Bu, iki ölkə arasındakı döyüşlərin dördüncü ilinə yaxınlaşdığı bir vaxta təsadüf edir.

Telegramda yayılan açıqlamada Baş Qərargah tankerlərə neft yüklənməsi və boşaldılması üçün istifadə olunan avadanlıqların vurulduğunu bildirib. Həmçinin Beriyev hərbi zavoduna edilən hücum zamanı Rusiyaya məxsus A-60 kəşfiyyat təyyarəsinin də zədələndiyi qeyd olunub.

Bununla yanaşı, Ukraynanın DTX-sından bir rəsmisi Novorossiyskdəki hərbi-dəniz bazasının körpüsündə dayanmış iri desant gəmisinin də hücum nəticəsində zədələndiyini deyib.