Apple-dan yeni qatlana bilən iphone gəlir

Apple-dan yeni qatlana bilən iphone gəlir

İstinad edilən indekslər:

Apple-ın 2026-cı ilin payız tədbiri üçün təqdimat tarixi və detalları sızıb. Şirkət iPhone 18 Pro seriyası ilə birlikdə ilk qatlanan iPhone modelini təqdim etməyə hazırlaşır. Lansmanın 8 sentyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılır. Alternativ olaraq 9 sentyabr da ehtimallar sırasındadır və bu halda ön sifarişlərin 10 sentyabrda başlaması gözlənilir.

Tədbirdə təkcə iPhone 18 Pro və iPhone 18 Pro Max deyil, Apple-ın ilk qatlanan telefonu da elan olunacaq. Cihazın rəsmi adı hələ açıqlanmayıb, lakin onun "iPhone Ultra" adı ilə bazara çıxarılacağı proqnozlaşdırılır. Qatlanan modelin kitab kimi içəriyə doğru qatlanan dizayna malik olacağı bildirilir. Prosessor kimi A20 Pro-dan istifadə edəcəyi, yan hissədə Touch ID sensorunun yerləşəcəyi qeyd olunub.

Ekran texnologiyası baxımından xarici ekranda Samsung-un M16 OLED, daxili ekranda isə M14 OLED panelinə üstünlük veriləcək. Kamera təchizatı 48 MP-lik ikili arxa kameranı əhatə edəcək, 12 GB RAM ilə isə güclü performans təqdim etməsi gözlənilir.

Mac və iPad məhsullarına qısa müddət əvvəl tətbiq edilən qlobal qiymət artımlarından sonra iPhone 18 Pro seriyasının əvvəlki modellərlə müqayisədə daha yüksək qiymətlə satışa çıxarıla biləcəyi müzakirə olunur. Lakin Apple yeni modellərin qiymətləri barədə hələ rəsmi açıqlama verməyib.