Elon Muskın işçilərinə 420 dollar borcu var!

Elon Muskın işçilərinə 420 dollar borcu var!

Elon Muskın Sİ şirkəti xAI, çatbotu Grok-u təkmilləşdirmək üçün işçilərinə vergi sənədlərini paylaşmaları müqabilində 420 dolar ödəmə vədi verib. Lakin bir çox işçi aylardır bu ödənişin edilmədiyini bildirir.

xAI rəhbərliyi Grok modelinin performansını artırmaq məqsədilə, xüsusilə ABŞ-də 15 apreldə başa çatan vergi bəyannaməsi dövründən əvvəl işçilərdən şəxsi vergi məlumatlarını və maliyyə sənədlərini tələb edib. Məqsəd Grok-u istifadəçilərin vergi əməliyyatları üçün daha faydalı hala gətirmək olub. İşçilərə bu sənədləri paylaşdıqları halda 420 dolar ödəniş ediləcəyi, bəzilərinə isə şirkətin ödəniş platforması X Money-yə erkən çıxış veriləcəyi barədə məlumat verilib.

Lakin aylar keçməsinə baxmayaraq, vəd edilən ödəniş həyata keçirilməyib. Sual verən işçilərin proqramı idarə edən rəhbərin şirkətdən ayrıldığı məlumatını aldığı ifadə edilib.

Ödənişin 420 dolar olaraq müəyyənləşdirilməsi diqqət çəkib. Elon Musk uzun müddətdir “420” rəqəmini marixuana mədəniyyəti ilə əlaqələndirilən istinad kimi istifadə edir. O, daha əvvəl Tesla-nı birjadan çıxarmaq üçün səhm başına 420 dolardan maliyyələşmə təmin etdiyini bildirmişdi və bundan sonra Tesla səhmlərində dalğalanmalar yaşanmışdı. Bu hadisədən sonra ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası Musk barəsində qiymətli kağızlarla bağlı dələduzluq ittihamı ilə məhkəmə iddiası qaldırıb.