OpenAI smartfon hazırlayır?
Sənaye analitiki yeni hesabatında OpenAI-nin smartfon hazırlaya biləcəyini bildirib.
OpenAI smartfon planları güclənir
Məşhur analitik Ming-Chi Kuo qeyd edir ki, şirkət smartfon çipi üzərində MediaTek və Qualcomm ilə işləyə, istehsal və dizayn tərəfdaşı kimi isə Luxshare-i seçə bilər.
Kuo daha əvvəl Apple məhsulları ilə bağlı proqnozları ilə tanınır.
Tətbiqlərsiz telefon ideyası
Analitikə görə, OpenAI smartfonu ənənəvi “app ekosistemi”ndən fərqli ola bilər:
- Telefon tətbiqlər yerinə AI agentlərə əsaslana bilər
- Bu yanaşma Apple və Google-un idarə etdiyi tətbiq məhdudiyyətlərini aradan qaldıra bilər
- Şirkət bütün sistem funksiyalarına tam çıxış əldə edərək AI-ni cihazın hər yerinə inteqrasiya edə bilər
ChatGPT-nin həftəlik istifadəçilərinin milyarda yaxınlaşması fonunda, gündəlik istifadə üçün hardware məhsulu OpenAI-nin istehlak bazarında mövqeyini gücləndirə bilər.
“App-siz gələcək” ideyası yayılır
Bu fikir təkcə OpenAI-yə aid deyil. Nothing şirkətinin icraçı direktoru Carl Pei SXSW tədbirində tətbiqlərin gələcəkdə yox ola biləcəyini demişdi.
Kontekstual Sİ və məlumat üstünlüyü
Kuo bildirir ki, OpenAI telefonu istifadəçinin kontekstini davamlı şəkildə anlayacaq. Öz cihazını istehsal etməklə şirkət istifadəçi vərdişləri barədə tətbiqdən daha çox məlumat əldə edə bilər.
Planlara görə:
- Kiçik on-device Sİ modelləri + bulud modellərinin kombinasiyası istifadə olunacaq
- Texniki xüsusiyyətlər 2026-cı ilin sonu-2027-ci ilin əvvəli dəqiqləşə bilər
- Kütləvi istehsalın 2028-də başlaması gözlənilir
Daha əvvəl OpenAI-nin qlobal əlaqələr rəhbəri Chris Lehane şirkətin ilk hardware məhsulunu 2026-nın ikinci yarısında təqdim edə biləcəyini bildirmişdi. Həmin vaxt yayılan xəbərlərə görə bu məhsul unikal dizaynlı qulaqcıqlar ola bilər.
Teqlər: