Sİ rallisi hələ də davam edir
Son dalğalanmalara baxmayaraq süni intellekt (Sİ) mövzulu bazar hələ də canlıdır. Sadəcə investorlar 2026 yaxınlaşdıqca növbəti qaliblərin kim olacağına daha diqqətlə yanaşırlar.
Texnologiya səhmləri Technology Select Sector SPDR Fund vasitəsilə izlənən indeks üzrə, son həftələrdə kəskin hərəkətlər göstərib. Oracle-ın data mərkəzlərində maliyyələşmə gecikmələri və CoreWeave-də (CRWV) tikinti problemləri bazarda Sİ favoritlərinə qarşı narahatlıq yaradıb. Amma əhval-ruhiyyə Micron Technology-nin rüblük nəticələrindən sonra yenidən yaxşılaşıb. Şirkət gəlir və mənfəət üzrə Wall Street gözləntilərini üstələyib. Bu artımın əsas səbəbi AI üçün yaddaş çiplərinə olan güclü tələbat olub.
Strateqlər, o cümlədən McElligott, Micron-un yaratdığı bu “müsbət sürprizi” Nvidia-nın 2023-cü ilin mayında açıqladığı və Sİ səhmlərində böyük yüksəlişi başladan nəticələrlə müqayisə edirlər.
Buna baxmayaraq investorların diqqəti indi Sİ ekosistemində maliyyələşmə risklərinə yönəlib. Financial Times-ın xəbərinə görə Blue Owl Capital Oracle-ın planlaşdırdığı 10 milyard dollarlıq data mərkəzi layihəsini maliyyələşdirməyəcək. Bu xəbər onsuz da yüksək dərəcədə cəmlənmiş bazarda əlavə ehtiyatlılıq yaradıb və Oracle səhmlərinin ucuzlaşmasına səbəb olub.
Bu cəmlənmə hələ də çox nəzərə çarpır. Goldman Sachs proqnozlaşdırır ki, S&P 500 indeksində qazanc 2026-cı ildə 12%-dən çox artacaq və bu artımın böyük hissəsi cəmi yeddi şirkətin payına düşəcək: Nvidia, Apple, Microsoft, Alphabet, Amazon, Broadcom və Meta. “Möhtəşəm 7” adlanan bu şirkətlər birlikdə indeksin ümumi qazancının təxminən dörddə birini formalaşdırır.
Yahoo Finance məlumatlarına görə bu qrup 2025-ci ildə orta hesabla 21% bahalaşıb. Bu göstərici S&P 500-ün 16%-lik artımını üstələyir. Amma bu üstünlük hamı üçün eyni şəkildə davam etməyə bilər. Sevens Report Research-in qurucusu Tom Essaye Yahoo Finance-ə bildirib ki, yeni il yaxınlaşdıqca iri texnologiya şirkətləri arasında daha aydın qaliblər və uduzanlar ortaya çıxacaq.
Teqlər: