2026-cı ilin ikinci Ay tutulması Azərbaycanda görünəcək

2026-cı ilin ikinci Ay tutulması Azərbaycanda görünəcək

2026-cı ilin ikinci Ay tutulması 28 avqust 2026-cı ildə baş verəcək və Azərbaycanda təxminən 32 dəqiqə görünəcək. Bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib.

Bu hadisə qismən Ay tutulması olacaq. Bu zaman Ay Yer kürəsinin kölgəsinin yalnız bir hissəsindən keçəcək. Tutulma zamanı Ayın bir hissəsi qaralacaq, digər hissəsi isə işıqlı qalacaq.

Yarımkölgəli Ay tutulması 05:23:55-də başlayacaq, qismən tutulma isə 06:33:48-də start götürəcək. Tutulmanın maksimum fazası 08:12:53-də baş verəcək. Qismən tutulma 09:51:55-də başa çatacaq, yarımkölgəli faza isə 11:01:41-də yekunlaşacaq.

Azərbaycandan müşahidəçilər səhər saatlarında yalnız yarımkölgəli tutulmanın bir hissəsini 05:23-dən 05:55-dək görə biləcəklər. Çünki həmin vaxt Ay batacaq. Tutulma həmçinin Avropa, Afrika, Asiya və Amerika qitələrindən də müşahidə olunacaq.