ABŞ və İran atəşkəs barədə razılığa gəlib

ABŞ və İran atəşkəs barədə razılığa gəlib

ABŞ və İran hərbi qarşıdurmaya son qoymaq barədə razılığa gəlib. Atəşkəsin "yaxın günlərdə" elan olunacağı bildirilir.

Razılaşmaya Hörmüz boğazından sərbəst keçidin təmin edilməsi ilə bağlı müddəalar da daxildir. Növbəti mərhələdə İslamabad Memorandumu əsasında danışıqların bərpası və texniki səviyyədə görüşlərin keçirilməsi nəzərdə tutulur.

ABŞ Maliyyə Nazirliyinin İranı iqtisadi baxımdan təcrid etmək səylərini artırmasından sonra gərginlik davam etsə də, Vaşinqton və Tehran tərəfindən hələlik rəsmi şərh verilməyib.