Bakıda cin çıxarma vədi ilə 3,500 manatlıq dələduzluq olub

Bakıda cin çıxarma vədi ilə 3,500 manatlıq dələduzluq olub

Bakı sakini övladından cin çıxarılması iddiası ilə bağlı dələduzluq faktı barədə məlumat verib. Zərərçəkən TikTok-da özünü ekstrasens və parapsixoloq kimi təqdim edən qadının paylaşdığı elana rast gəlib. Qadın cini çıxaracağını vəd edib və ondan 3,500 manat alıb.

Şikayətdən sonra Xətai rayon polis əməkdaşları şübhəli şəxsin kimliyini müəyyənləşdirərək onu saxlayıblar. Saxlanılan şəxs L. İsmayılova adlı 43 yaşlı qadındır. Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.