İlham Əliyev DSX hərbçilərinə ali rütbələr verdi
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin bir neçə hərbi qulluqçusuna ali hərbi rütbələr verilib. Prezident İlham Əliyev bu rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
General-mayor Babək Mürsəl oğlu Ələkbərova, general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova və general-mayor Faiq Həmzəağa oğlu Məmmədova general-leytenant rütbəsi verilib. Polkovnik Elfan Şakir oğlu Quliyevə isə general-mayor rütbəsi verilib.
Teqlər: