İran Trampın Hörmüz rüsumu açıqlamasına istehza ilə cavab verdi
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından keçən yüklərdən 20 faiz tranzit rüsumu alınacağı barədə açıqlamasına sosial şəbəkə üzərindən istehzalı cavab verib. Əraqçi, “Hörmüz boğazının mühafizi İrandır. 20 faiz, əlbəttə, çoxdur, biz ədalətli olacağıq”, ifadələrini işlədib.
Tramp Hörmüz boğazında İrana qarşı ABŞ dəniz blokadasının yenidən qüvvəyə mindiyini elan edərək, boğazdan keçən bütün yüklərdən 20 faiz tranzit rüsumu alınacağını açıqlamışdı. Tramp bölgədə təhlükəsizliyin təmin olunmasının xərcinə işarə edərək, bu rüsumun bütün xərcləri əhatə edəcəyini bildirib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da Trampın göstərişi ilə Hörmüz boğazına yönələn blokadanın başlayacağını elan edib. CENTCOM blokada çərçivəsindəki qaydalara əməl edən gəmilərin regional sularda naviqasiyasının dəstəklənəcəyini qeyd edib. Daha əvvəl 13 aprel-18 iyun tarixləri arasında tətbiq olunan dəniz blokadası zamanı 140-dan çox gəmi alternativ marşrutlara yönləndirilib, qaydaları pozan 9 gəmi zərərsizləşdirilib və humanitar yardım daşıyan 50-dən çox ticarət gəmisinin keçidinə icazə verilib.
Teqlər: