İran Trampın razılaşma iddiasını təkzib etdi
İran tərəfi ABŞ Prezidenti Donald Trampın İranla razılaşma əldə olunduğu barədə açıqlamalarını təkzib edib. Yarı-rəsmi Fars Xəbər Agentliyi danışıqlara yaxın mənbələrə istinadən Trampın iddialarının faktlarla tam uyğun gəlmədiyini bildirib. Mənbələr Trampın bəyanatlarını “doğru və yalanın qarışığı” kimi qiymətləndirib. Onlar ABŞ Prezidentinin bu açıqlamalarla saxta qələbə görüntüsü yaratmağa çalışdığını qeyd edib.
İranlı mənbələr razılaşma mətninin “öhdəlik qarşılığında öhdəlik” çərçivəsində hazırlandığını, lakin Tehranın hələ sənədi təsdiqləmədiyini bildirib. Trampın Hörmüz boğazının trafikə ödənişsiz açılacağı barədə iddiası da doğru sayılmayıb. Mətndə belə bir maddənin olmadığı, İranın blokadanın aradan qaldırılmasından sonra boğazı öz tənzimləmələri əsasında yenidən açacağı ifadə edilib.
Teqlər: