Trump İranla bağlı müqvilənin şərtlərini sadalayıb

Trump İranla bağlı müqvilənin şərtlərini sadalayıb

ABŞ Prezidenti Donald Trump İranla əldə edilməsi planlaşdırılan atəşkəs sazişi üzrə yekun qərarını Ağ Evin Situasiya Otağında verəcəyini açıqlayıb. Trump Truth Social platformasında paylaşımında qüvvəyə minməsi planlaşdırılan sazişdə yerinə yetirilməli olan mühüm şərtləri sadalayıb.

Prezident Trump İranın nüvə silahı hazırlamamağı qəbul etməsini və Hörmüz boğazının yenidən nəqliyyata açılaraq bölgədəki bütün dəniz minalarının təmizlənməsini tələb edib. O, həmçinin ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadasını aradan qaldırmasını, İranın əlindəki yüksək dərəcədə zənginləşdirilmiş uranın ABŞ tərəfindən bölgədən çıxarılaraq məhv edilməsini şərt kimi irəli sürüb.

Sazişin maliyyə tərəfi ilə bağlı Trump “Növbəti açıqlamaya qədər heç bir formada pul köçürməsi həyata keçirilməyəcək” ifadələrini işlədib. Digər məsələlərdə razılıq əldə olunduğunu bildirən Trump yekun qərarı vermək üçün Situasiya Otağına keçdiyini bildirib.

Qlobal bazarlar və diplomatik dairələr Trumpın açıqlayacağı yekun qərarı gözləməyə davam edir.