İran xarici işlər naziri Pakistan və Qətərlə regional məsələləri müzakirə edib
İranın xarici işlər naziri Abbas Əraqçi regional məsələləri müzakirə etmək üçün Pakistan ordusunun Baş Qərargah rəisi, general Asim Munir və Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb.
General Munirlə danışıqlarda Əraqçi regionda sülh və təhlükəsizliyin təmin olunması üçün məsləhətləşmələrin və birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Al Tani ilə söhbət zamanı isə tərəflər bölgədə gərginliyin daha da artmasının qarşısını almaq üçün diplomatik kanallardan istifadə və koordinasiyanın zəruriliyini müzakirə ediblər.
Teqlər: