Tehrandan Bəhreyn toplantısına sərt mesaj
İranın xarici işlər naziri Abbas Əraqçi CENTCOM-un Bəhreyndə keçirdiyi toplantıya reaksiya verərək bildirib ki, bölgədə davamlı sülh yalnız xarici müdaxilələrdən uzaq, hərtərəfli və inklüziv yanaşma ilə təmin oluna bilər.
Əraqçi sosial media paylaşımında “CENTCOM bölgəmizə təhlükəsizlik gətirib, yoxsa güvənsizlik? Cavab aydındır” ifadələrini işlədib. O, İran silahlı qüvvələrinin xarici qüvvələrin hətta özlərini belə qoruya bilmədiyini ortaya qoyduğunu iddia edib.
CENTCOM Bəhreyndə 12 region ölkəsinin iştirakı ilə yüksək səviyyəli hərbi toplantı keçirib.
Teqlər: