Rusiya Kiyevə güclü ballistik raket hücumu həyata keçirdi

Rusiya Kiyevə güclü ballistik raket hücumu həyata keçirdi

Rusiya Ukraynanın paytaxtı Kiyevə növbəti genişmiqyaslı raket hücumu təşkil edib. Portfel.az bu barədə BBC-yə istinadən xəbər verir.

Məlumata görə, ballistik raketlərlə həyata keçirilən hücum nəticəsində azı 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Ukrayna Prezidenti Volodimir Zelenski bunu müharibənin başlanmasından bəri Kiyevə edilən ən böyük ballistik hücumlardan biri adlandırıb.

Ukrayna ordusu 41 raketdən 18-ni və 108 pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini açıqlayıb. Hücum nəticəsində yaşayış və qeyri-yaşayış binaları, supermarket və yataqxana zərər görüb.

Bu arada Ukrayna da Rusiyanın enerji və logistika obyektlərinə pilotsuz uçuş aparatları ilə hücumlarını davam etdirir.