Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a gedib

Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyəti rəsmi səfər üçün ABŞ-a gəlib.

Nümayəndə heyətini Nyu-Yorkun beynəlxalq hava limanında Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayev və digər rəsmi şəxslər qarşılayıblar.