Son sutkadan Hörmüz boğazından cəmi 20 tanker keçib

Son sutkadan Hörmüz boğazından cəmi 20 tanker keçib

İran İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri son 24 saatda Hörmüz boğazından 20 neft tankeri və ticarət gəmisinin donanmanın koordinasiyası və icazəsi ilə keçdiyini açıqlayıb.

Açıqlamada Hörmüz boğazında ağıllı nəzarət və müşahidənin səlahiyyətli şəkildə həyata keçirildiyi bildirilib. Həmçinin istənilən təcavüzə sarsıdıcı zərbələrlə cavab veriləcəyi ifadə edilib.