Tramp İrana sazişlə bağlı xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, İranla istənilən saziş “böyük və mənalı” olmalıdır. O xəbərdarlıq edib ki, əks halda heç bir razılaşma olmayacaq.
Tramp sosial şəbəkədəki paylaşımında potensial sazişin şərtləri barədə məlumatsız olduqlarını dediyi demokratları və bəzi respublikaçıları tənqid edib.
O vurğulayıb ki, istənilən razılaşma keçmiş prezident Barak Obama dövründə imzalanmış 2015-ci il nüvə sazişinin “tam əksi” olacaq. Tramp həmin sazişi İranın nüvə silahı əldə etməsi üçün “birbaşa və açıq yol” yaratmaq kimi xarakterizə edib.
Teqlər: