Tramp:"Bu axşam İrana çox sərt zərbə endirəcəyik"
ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi əməliyyata işarə edərək bildirib: “Böyük ehtimalla bu axşam İrana çox sərt zərbə endirəcəyik”. O, əməliyyatın məqsədinin rejim dəyişikliyi olmadığını vurğulayıb və əlavə edib: “İranda məqsədimiz rejim dəyişikliyi deyil”. Tramp həmçinin İranı atəşkəs razılaşmasını hər gün pozmaqda tənqid edib.
36 üzv dövlətin iştirak etdiyi NATO Sammitindən sonra Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini bildirib və həm Rusiyanın, həm də Ukraynanın razılaşma istədiyini qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünə toxunan Tramp Ərdoğanı “güclü və yaxşı insan” adlandırıb. O, danışıqlarını “həqiqətən məhsuldar” kimi qiymətləndirib və “Hər şey mükəmməl keçdi” deyib.
Teqlər: