Vaqif Əliyevin prokurora qarşı şikayəti rədd edildi
Bakıda dələduzluğa görə məhkum edilmiş şəxs ona ittiham irəli sürən prokurora qarşı məhkəmədə iddia qaldırıb. Vaqif Əliyev Nərimanov rayon prokuroru Xidayət Nuralıbəyova qarşı xüsusi ittiham qaydasında şikayət təqdim edib. O iddia edib ki, prokuror ağır cinayət üzrə ittiham aktını təsdiqləməklə ona böhtan atıb. Əliyevin sözlərinə görə, onun külli miqdarda dələduzluqda ittiham olunmasının ictimai şəkildə açıqlanması işgüzar nüfuzuna zərər vurub, şərəf və ləyaqətini alçaldıb. O, 150,000 manat maddi zərər və 13 milyon manat mənəvi təzminat tələb edib. Əliyev hesab edir ki, prokuror böhtan atıb və qanunla cəzalandırılmalıdır.
Lakin məhkəmə iş materiallarını araşdıraraq şikayətin həm mahiyyət, həm də prosessual baxımdan əsassız olduğu qənaətinə gəlib. Qərara əsasən, prokuror ittiham aktını təsdiqləməklə xidməti vəzifələrini yerinə yetirib və sənəddə bilə-bilə yalan məlumat olmayıb. Bundan əlavə, Əliyevin təqsiri Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənib. Nəticədə məhkəmə ilkin iclasda şikayəti rədd edib.
Teqlər: