SoftBank və Nvidia Skild AI şirkətinə 14 milyard dollarlıq investisiya etməyə hazırlaşır
SoftBank və ABŞ çip istehsalçısı Nvidia Skild AI-ya 1 milyard dollardan artıq investisiya ayırmaq barədə danışıqlar aparır. Razılaşma baş tutarsa, şirkətin dəyəri təxminən 14 milyard dollara yüksələcək. Bu, Skild AI-nın bu ilin əvvəlindəki 4.7 milyard dollarlıq qiymətləndirməsini üç qat artırmış olacaq.
Skild AI 2023-cü ildə sabiq Meta AI tədqiqatçıları tərəfindən qurulub. Şirkət robotlar üçün əsas modellər hazırlayır. Məqsəd robotlara insanabənzər qavrama və qərarvermə qabiliyyəti qazandıran universal proqram təminatı yaratmaqdır. Skild AI öz texniki təminatını istehsal etmir. Onlar yalnız müxtəlif robot modellərində tətbiq oluna bilən Sİ proqramlarına fokuslanır.
Bu investisiya marağı humanoid robotlar və fiziki AI texnologiyalarına diqqətin artdığını göstərir. Sİ sahəsindəki inkişaflar robotların daha mürəkkəb tapşırıqları yerinə yetirməsinə imkan yaradır. Ekspertlər yenə də bildirir ki, çox yönlü robot tətbiqləri texniki cəhətdən çətin olaraq qalır və geniş yayılması bir qədər vaxt tələb edir.
Skild AI və SoftBank mövzu ilə bağlı şərh verməyib. Nvidia da şərhdən imtina edib. Razılaşmanın yeni il öncəsi tamamlanacağı gözlənilir. SoftBank-ın Skild AI texnologiyasına pilot layihələrdə xüsusi diqqət göstərdiyi deyilir. Robotika SoftBank-ın İcraçı Direktoru Masayoshi Son-un strategiyasında mühüm yer tutur. Şirkət yaxınlarda ABB-nin robotika bölməsini 5.4 milyard dollara satın alıb.
Skild AI
Teqlər: