Azərbaycanda neft nəqli kəskin azalıb

Azərbaycanda neft nəqli kəskin azalıb

2026-cı ilin yanvarından mayına qədər Azərbaycanın əsas neft kəmərləri ilə daşınan neftin həcmi 31.6% azalaraq ümumilikdə 10,556,400 ton təşkil edib. Bu ümumi ixrac həcminin 76.8%-i Bakı–Tbilisi–Ceyhan (BTC) kəmərinin payına düşüb.

BTC kəməri ilə daşınan neftin 82.4%-i, yəni təxminən 8.7 milyon tonu Azərbaycanda hasil edilib. Daha 17.6%-i, təxminən 1.856 milyon tonu isə Türkmənistan və Qazaxıstandan daxil olub.