İndoneziya və Rusiya neft və LPG tədarükü üzrə razılaşıblar

İndoneziya və Rusiya neft və LPG tədarükü üzrə razılaşıblar

İndoneziya və Rusiya İndoneziyaya Rusiya nefti və mayeləşdirilmiş neft qazının (LPG) tədarükü üzrə razılıq əldə ediblər. İndoneziyanın Enerji və Mineral Resurslar naziri Bahlil Lahadalia bildirib ki, bu əməkdaşlıq ölkənin enerji təhlükəsizliyini gücləndirməyə imkan verəcək.

Nazir Moskva şəhərində Rusiya Energetika naziri Sergey Tsivilyov ilə danışıqlardan sonra deyib ki, İndoneziya xam neft ehtiyatlarını artırmaq və LPG istehsalını genişləndirmək imkanına sahib olacaq.

O, “bütün bunlar milli enerji təhlükəsizliyimizi həqiqətən təmin etməlidir” deyə vurğulayıb.

13 aprel tarixində Rusiya Prezidenti Vladimir Putin Kreml sarayında İndoneziya Prezidenti Prabovo Subianto ilə görüşüb. Görüşdə Rusiya lideri iki ölkə arasındakı strateji münasibətlərin əsasən iqtisadi sahədə özünü göstərdiyini və ticarət dövriyyəsinin 2025-ci ildə 12,5% artmasının gözlənildiyini bildirib.

İndoneziya Prezidenti isə Rusiyanın qlobal geosiyasi proseslərə müsbət töhfə verdiyini qeyd edib və Moskvanın İndoneziyaya dəstəyinə görə təşəkkürünü bildirib, həmçinin ölkənin BRICS-ə sürətli qoşulmasına görə Rusiyaya minnətdarlığını ifadə edib.