İran neft gəlirlərinin 11 milyard dolları keçdiyini açıqladı

İran neft gəlirlərinin 11 milyard dolları keçdiyini açıqladı

İran Neft Nazirliyi 21 mart-22 iyul 2026-cı il dövründə neft satışlarından əldə edilən gəlirin 11 milyard dolları aşdığını açıqlayıb. Nazirlik bu göstəricilərin ölkənin neft gəlirlərinin azaldığı və iqtisadiyyatının Neft Nazirliyinin fəaliyyəti səbəbindən çətinliklərlə üzləşdiyi barədə iddialara cavab xarakteri daşıdığını bildirib.

Əvvəlki üç aylıq dövrdə, yəni 22 dekabr 2025-ci il-20 mart 2026-cı il tarixləri arasında isə neft satışlarından təxminən 8 milyard dollar gəlir əldə olunub. Nazirliyin açıqlamasında ictimaiyyətdə səsləndirilən qiymətləndirmələrə qarşı aktual məlumatların paylaşılmasının məqsəd olduğu ifadə edilib.

İranın illik neft gəlirinin keçmişdə 50-60 milyard dollar səviyyəsində olduğu, ABŞ-nin Oman dənizində tətbiq etdiyi blokadadan sonra ixrac və satış gəlirlərində geriləmə yaşandığı qiymətləndirilir.