ABŞ-da yeni mənzil satışları azalıb

ABŞ-da yeni mənzil satışları azalıb

ABŞ-da yeni mənzil satışları aprel ayında gözləntilərin altında qalıb. ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, mövsümi təsirlərdən təmizlənmiş yeni mənzil satışları aylıq 6,2% azalaraq 622 minə geriləyib. Bazar gözləntisi 661 min satış olacağı istiqamətində idi. Mart ayında yeni mənzil satışları 663 min səviyyəsində qeydə alınıb. İllik əsasda isə aprel ayında yeni mənzil satışları 11,3% azalıb. Satışa çıxarılan yeni mənzillərin median satış qiyməti isə illik 2,2% artımla 422 min 500 dollara çatıb.