Çin Mərkəzi Bankı bazar sabitliyini prioritet edib
Çin Mərkəzi Bankı (PBOC) 19 mart 2026-cı il tarixində keçirilən iclasda maliyyə bazarlarının sabitliyinin qorunmasını prioritet kimi müəyyənləşdirib.
Bank bildirib ki, səhm, istiqraz və valyuta bazarlarının sabit fəaliyyətini qətiyyətlə təmin edəcək. Tənzimləyici qurum həmçinin iqtisadi artımı dəstəkləmək və qiymətlərin sabit bərpasını təmin etmək məqsədilə orta səviyyədə yumşaq pul siyasətini davam etdirəcəyini açıqlayıb.
Mərkəzi Bank daxili tələbin stimullaşdırılmasını, texnoloji innovasiyaların və kiçik və orta biznesin maliyyələşdirilməsini əsas hədəflərdən biri kimi müəyyənləşdirib.
Eyni zamanda maliyyə sektorunda islahatların dərinləşdirilməsi və bazarın daha açıq və əlçatan olması istiqamətində tədbirlərin davam etdiriləcəyi vurğulanıb.
Qlobal bazarlarda İran müharibəsi fonunda artan satış təzyiqləri nəzərə alınaraq maliyyə sabitliyinin qorunması “əsas vəzifə” kimi qiymətləndirilib.
Qeyd edək ki, iclas Çində ən mühüm siyasi və iqtisadi tədbirlərdən biri olan “İki Sessiya” toplantılarından sonra keçirilib.
Son məlumatlara görə Şanxay fond indeksi 1,39% azalaraq 4000 punkt səviyyəsindən yuxarıda qalıb.
Teqlər: