İngiltərədə işsizlik 5 faizə yüksəlib

İngiltərədə işsizlik 5 faizə yüksəlib

İngiltərədə işsizlik səviyyəsi yanvar-mart dövründə 5 faizə yüksəlib. Bu göstərici illik əsasda 0,5 faiz artıb, rüblük əsasda isə 0,2 faiz geriləyib. Ölkədə işçilərin bonuslar istisna olmaqla müntəzəm maaşlarındakı artım birinci rübdə illik əsasda 3,4 faiz olub.

İngiltərə Milli Statistika İdarəsinin (ONS) İqtisadi Statistika üzrə direktoru Liz McKeown əmək bazarının zəif dinamikanı qoruduğunu bildirib. McKeown iş elanlarının son beş ilin ən aşağı səviyyəsində olduğunu və işsizliyin bir il əvvəllə müqayisədə daha yüksək qaldığını qeyd edib. O, müntəzəm maaşlardakı artım tempinin yavaşladığını da vurğulayıb.