Ömer Bolat: "Türkiyə ilə Azərbaycan arasında azad ticarət sazişinin bağlanmasını arzulayırıq."
Türkiyənin ticarət naziri Ömər Bolat Bakıda keçirilən II Türkiyə–Azərbaycan İnvestisiya Forumunda jurnalistlərə açıqlamalar verib.
Forumda özəl sektor nümayəndələri ilə dövlət rəsmilərinin ticarət əlaqələrinin inkişafına yönəlmiş danışıqlar apardığını bildirən Bolat deyib: “Türkiyə ilə Azərbaycan arasında iqtisadiyyat və ticarət sahəsində daha yüksək hədəflərə bütün gücümüzlə doğru irəliləyirik.”
Bolat 2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında qüvvəyə minən güzəştli ticarət sazişinin müsbət nəticələrini gördüklərini vurğulayaraq qeyd edib: “Türkiyə ilə Azərbaycan arasında azad ticarət sazişinin bağlanmasını arzulayırıq. Bu məsələ ilə bağlı iki hökumətin texniki qrupları danışıqlar aparırlar, təhlil və qiymətləndirmə işləri görürlər. İnşallah, zamanla bunu da bacaracağıq.”
Teqlər: