Pentaqonun İran hücumları fonunda büdcəsi sürətlə tükənir
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) büdcəsi İrana qarşı hücumlar səbəbindən sürətlə tükənir. Müdafiə naziri Pit Heqsetin əlavə büdcə ayrılması məqsədilə Konqres üzvlərinə müraciət edəcəyi gözlənilir. Mövcud büdcənin bir neçə həftə ərzində yetərsiz qalacağı proqnozlaşdırılır.
Pentaqon təlim və texniki xidmət xərclərində ixtisarlara getmək məcburiyyətində qalıb. Nazir Heqset bu gün Senatın Büdcə Ayırmaları Komitəsində məsələni gündəmə gətirəcək və senatorlardan əlavə büdcə tələb edəcək. Pentaqon təlim və silah alımları üçün ayrılan 4,3 milyar dolların İran müharibəsinə yönəldilməsi üçün Konqresdən razılıq istəyib, lakin hələ cavab alınmayıb.
Daha əvvəl Ağ Ev İran müharibəsinin maliyyələşdirilməsi üçün 67 milyar dollarlıq əlavə büdcə tələb edib, lakin Konqresdəki fikir ayrılıqları səbəbindən irəliləyiş əldə olunmayıb. Pentaqon büdcəsində yaşanan çətinliklər müharibənin xərci sürətlə artdığı üçün dərinləşir.
Teqlər: