Tramp: "Mən olmasaydım NATO deyə bir şey olmazdı"
Qrenlandiya ilə bağlı açıqlamaları səbəbindən müzakirələrə yol açan ABŞ Prezidenti Donald Tramp NATO haqqında danışarkən, alyansa verdiyi töhfələri ön plana çıxarıb və “NATO üçün Prezident Donald Tramp qədər çox iş görmüş heç bir şəxs və ya prezident olmayıb” fikrini səsləndirib.
Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada alyansa göstərdiyi dəstəyin altını cızıb. Qrenlandiyanı almaqla bağlı bəyanatları ilə gündəmə gələn ABŞ Prezidenti, bu istiqamətdə atılacaq addımların NATO daxilində ciddi böhrana səbəb ola biləcəyi barədə səsləndirilən şərhlərə üstüörtülü şəkildə cavab verib.
ABŞ Prezidenti paylaşımında bildirib ki, “Heç bir şəxs və ya prezident NATO üçün Prezident Donald Tramp qədər çox iş görməyib. Əgər mən hakimiyyətə gəlməsəydim, bu gün NATO adlı bir qurum olmazdı, tarixə qarışmış olardı. Bu acıdır, amma reallıq budur”.
Teqlər: