Türkiyədə işsizlik 2026-cı ilin iyununda 7,6%-ə düşdü
Türkiyədə işsizlik səviyyəsi 2026-cı ilin iyununda 7,6%-ə geriləyib. Mövsümi təsirlərdən təmizlənmiş məlumatlar işsizlərin sayının əvvəlki ayla müqayisədə 168 min nəfər azalaraq 2 milyon 688 minə endiyini göstərib. İşsizlik səviyyəsi ötən ay 8,1% idi. Kişilər arasında işsizlik səviyyəsi 6,5%, qadınlar arasında isə 9,8% olaraq qiymətləndirilib.
Gənc əhali arasında (15-24 yaş) işsizlik səviyyəsi 1,8 bənd azalaraq 12,8%-ə düşüb. Bu yaş qrupunda kişilər arasında işsizlik 10,4%, qadınlar arasında isə 17,3% səviyyəsində ölçülüb.
Məşğul əhalinin sayı iyunda 227 min nəfər artaraq 32 milyon 733 minə yüksəlib. Məşğulluq səviyyəsi 48,9% olub, bu göstərici kişilərdə 66,1%, qadınlarda isə 32,0% təşkil edib.
İşçi qüvvəsində iştirak səviyyəsi 52,9%-ə yüksəlib. İşçi qüvvəsi əvvəlki ayla müqayisədə 58 min nəfər artaraq 35 milyon 420 minə çatıb. Kişilər arasında işçi qüvvəsində iştirak səviyyəsi 70,7%, qadınlar arasında isə 35,4% olub.
Bundan əlavə, vaxtla bağlı natamam məşğulluq, potensial işçi qüvvəsi və işsizlərdən ibarət istifadə olunmayan işçi qüvvəsi səviyyəsi 2 bənd azalaraq 28,8% kimi qeydə alınıb. Vaxtla bağlı natamam məşğulluq və işsizlərin birgə göstəricisi 18,5%, işsizlər və potensial işçi qüvvəsinin birgə göstəricisi isə 19,2% olaraq qiymətləndirilib.
Teqlər: