Türkiyənin xarici borcu azalıb
Türkiyənin brüt xarici borc həcmi 2026-cı ilin birinci rübündə azalıb. Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) məlumatlarına görə, ümumi brüt xarici borc həcmi əvvəlki rüblə müqayisədə 0,4 faiz azalaraq 518,5 milyard dollara geriləyib.
Bu dövrdə qısamüddətli xarici borclar 0,5 faiz azalaraq 166,6 milyard dollar, uzunmüddətli xarici borclar isə 0,3 faiz azalma ilə 351,9 milyard dollar səviyyəsində olub. Alt sektorlarda dövlət sektorunun xarici borcu 3,3 faiz azalaraq 192,2 milyard dollar, özəl sektorun borcu isə 1,8 faiz artımla 302,1 milyard dollar təşkil edib. TCMB-nin xarici öhdəlikləri isə 2,9 faiz azalaraq 24,3 milyard dollar kimi qeydə alınıb.
Xarici borcun valyuta bölgüsündə 48,7 faizi ABŞ dolları, 29,5 faizi avro, 11,7 faizi türk lirəsi və 10,2 faizi digər valyutalardan ibarət olub. Kreditlər və borc qiymətli kağızları üzrə ödəniş proqnozları əsas borc ödənişlərinin əsasən 24 ay və daha uzun müddətli dövrdə cəmləndiyini göstərib. 13-24 ay aralığındakı əsas borc ödənişləri isə məhdud qalıb, qısamüddətli dövrdə (0-12 ay) ödənişlərin əksəriyyətinin özəl sektor kreditlərindən qaynaqlandığı müşahidə olunub.
Teqlər: