Google Chrome-a yeni Sİ “Skills” funksiyası gətirir

Google Chrome-a yeni Sİ “Skills” funksiyası gətirir

Google özünün Chrome brauzerinə yeni süni intellekt (Sİ) funksiyaları əlavə etdiyini açıqlayıb.

Şirkət “Skills” adlı yeni funksiyanı təqdim edib. Bu imkan istifadəçilərə sevimli Sİ sorğularını (prompt) yadda saxlamağa və onları müxtəlif veb-səhifələrdə təkrar istifadə etməyə şərait yaradır.

Yeni sistem Gemini platformasının Chrome brauzerinə inteqrasiyası üzərində qurulub. İstifadəçilər artıq veb-səhifə haqqında sual vermək, məzmunu xülasə etmək və müxtəlif tapşırıqları icra etmək üçün Gemini-dən istifadə edə bilirlər. “Skills” isə bu funksionallığı daha da genişləndirir.

İstifadə qaydası və imkanlar

İstifadəçilər Chat tarixçəsindən istənilən Sİ sorğunu “Skill” kimi yadda saxlaya biləcək. Daha sonra bu funksiyaya “/” işarəsi və ya “+” düyməsi vasitəsilə giriş mümkün olacaq.

“Skills” aktivləşdirildikdə sistem açıq olan veb-səhifə və seçilmiş digər tablar üzərində əməliyyat icra edə bilir. Funksiya istənilən vaxt redaktə edilə bilir.

Image

İstifadə sahələri

Şirkətin ilkin testlərinə əsasən istifadəçilər “Skills” funksiyasından əsasən sağlamlıq və qidalanma, alış-veriş müqayisələri və uzun sənədlərin xülasəsi kimi sahələrdə istifadə ediblər. Məsələn, reseptlərdə vegan alternativlərin tapılması və ya qida tərkibinə görə analiz aparılması kimi nümunələr göstərilir.

Bundan əlavə, Google bildirir ki, bəzi əməliyyatlar, məsələn e-poçt göndərilməsi və ya təqvimə tədbir əlavə edilməsi kimi funksiyalar üçün istifadəçi təsdiqi tələb olunacaq.

Funksiya mərhələli şəkildə istifadəyə verilir

“Skills” funksiyası bu gündən etibarən Chrome desktop istifadəçiləri üçün mərhələli şəkildə aktivləşdirilir. İlkin mərhələdə yalnız dili İngilis (ABŞ) olan brauzerlərdə işləyəcək.

Şirkət həmçinin istifadəçilər üçün “Skills library” adlı yeni bölmə də təqdim edir. Bu kitabxana məhsuldarlıq, alış-veriş, reseptlər və büdcə idarəetməsi kimi sahələr üzrə hazır Sİ iş axınlarını təqdim edir və istifadəçilər onları öz ehtiyaclarına uyğunlaşdıraraq istifadə edə bilirlər.

Image

Teqlər: