Yunanıstanda Qərbi Nil virusundan ölənlərin sayı 19-a çatıb

Yunanıstanda Qərbi Nil virusundan ölənlərin sayı 19-a çatıb

Yunanıstanda Qərbi Nil virusuna yoluxma halları və virusla əlaqəli ölümlər artır. 19 avqust və 26 avqust tarixləri arasında ölkə üzrə 75 yeni yoluxma halı qeydə alınıb. Bu il ölənlərin ümumi sayı 19-a yüksəlib, son həftədə isə altı ölüm halı qeydə alınıb.

Yunanıstan hazırda virusdan ən çox təsirlənən Avropa ölkələri arasında İtaliyadan sonra ikinci yerdədir. Ekspertlər epidemiyanı ölkənin coğrafi mövqeyi və ağcaqanadların uzun müddət aktiv qalmasına şərait yaradan iqlim şərtləri ilə əlaqələndirirlər. Bəzi bələdiyyələrdə ağcaqanadlarla mübarizə tədbirlərinin yetərsiz olması da vəziyyəti ağırlaşdırıb və virusun yayılmasının qarşısını almağı daha çətinləşdirib.